“Günəşli” yatağındakı 43 nömrəli quyu istismara verilib

Bu günlərdə "Günəşli" yatağındakı 10 nömrəli dərin dəniz özülündən 43 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən erdiyi xəbərə görə, quyu Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 2909-2888 metr intervaldan gündəlik 74 ton neft və 16000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31