Avronun məzənnəsi ucuzlaşmaqda davam edir
6 İyul 2015 12:18 İqtisadiyyatİyulun 3-ü ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib. Dollar bahalaşıb, avro isə ucuzlaşıb. Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, iyulun 6-a olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0490 (iyulun 3-ü 1.0488) manat səviyyəsində müəyyən edilib. Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə ucuzlaşaraq 1.1577 (iyulun 3-ü 1.1635) manat olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31