“Günəşli” yatağındakı 122 nömrəli quyu istismara verilib
3 İyul 2015 17:04 İqtisadiyyatÖlkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 3 nömrəli dərin dəniz özülündən 122 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. "OLAYLAR"-ın xəbərinə görə, quyu məhsuldar qatın IX horizontundan qazlift üsulu ilə məhsul verib, 2756-2726 metr intervaldan gündəlik 48 ton neft hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31