206 çoxmərtəbəli binaya təbii qaz verilib
3 İyul 2015 17:03 İqtisadiyyat"Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, Birlik 2015-ci ilin yanvar-iyun aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 206 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 3912 ailə yaşayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31