Samir Şərifov: Azərbaycan kənd təsərrüfatı sahəsində sığorta strategiyasının inkişafında maraqlıdır

Azərbaycan kənd təsərrüfatı sahəsində sığorta ilə bağlı qanun layihəsinin hazırlanması çərçivəsində beynəlxalq ekspertlərin cəlb olunmasında maraqlıdır. Trend-in məlumatına əsasən, bunu bu gün Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF-2015) çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, Azərbaycan kənd təsərrüfatı sığortasının etibarlı strategiyasının inkişafında maraqlıdır: "Bu, aqrosənayenin inkişafına təsir edəcək, fermerlərin fəaliyyətini stimullaşdıracaq". S.Şərifov bildirib ki, kənd təsərrüfatı sığorta şirkətləri üçün riskli sahədir, buna baxmayaraq hökumət ölkədə kənd təsərrüfatı sahəsində sığortanın inkişafında öncül rol oynayacaq: "Artıq Kənd Təsərrüfatı Nazirliyi ilə birgə kənd təsərrüfatının sığortasına dövlət dəstəyinin göstərilməsi üçün qanunvericilik bazasını hazırlamışıq. Layihə hökumət tərəfindən qəbul olunduqdan sonra müzakirə üçün parlamentə təqdim olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31