Nazirlik: Bakı-Tbilisi-Qars dəmiryolunun istismara verilmə tarixi hələ məlum deyil
1 İyul 2015 19:15 İqtisadiyyatBakı-Tbilisi-Qars dəmiryolu magistralının istismara verilməsi tarixi hələ dəqiq məlum deyil. Bunu Trend-ə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiyalar Nazirliyindən deyiblər. Nazirlikdən qeyd ediblər ki, Bakı-Tbilisi-Qars magistralının tikintisi haqqında sazişlə bağlı bir sıra problemlər mövcuddur: "Bu problemlər barədə hələ məlumat verə bilmərik".
Qeyd edək ki, daha əvvəl yayılmış məlumatda layihənin reallaşdırılmasının 2015-ci ildə başa çatacağı bildirilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31