Keçən ay 11 min 222 ton dizel yanacağı ixrac edilib
1 İyul 2015 16:45 İqtisadiyyatSOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi iyun ayında 11 min 222 ton dizel yanacağı ixrac edib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, ümumilikdə, 2015-ci ilin yanvar-iyun ayları ərzində 491 min 855 ton dizel yanacağı, 103 min 509 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac olunub. 2015-ci ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-688,92 dollar, təyyarə yanacağının-576,85 dollar, dizel yanacağının-561,82 dollar, 1% kükürdlü mazutun qiyməti 331,98 dollar təşkil edib. İyun ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 61,69 dollara, Urals nefti-62,51 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 62,73 dollara satılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31