“Ölkədə istehsal olunan kartof tələbatı ödəmir” – Ekspert

"Adambaşına istehlak norması 124 kiloqram olduğu halda Azərbaycan adambaşına 105 kiloqram kartof istehsal edir". Bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib. "Postsovet ölkələrində hələ də kartof ikinci çörək hesab edilir. Müstəqillik əldə edən MDB ölkələrinin əksərriyyətində kartof istehsalı göstəriciləri yüksələn xətt üzrə gedir. Xüsusən Belorusiya, Ukrayna, Qırğızıstan, Rusiya kimi ölkələr istehlak normasından dəfələrlə çox məhsul istehsal edir. Bu qədər məhsul onların istehlak tələbini ödəməklə yanaşı həm də ixraca yönəlir, bu da ölkəyə valyuta gətirir. Adambaşına istehlak norması 124 kiloqram olduğu halda Azərbaycan adambaşına 105 kiloqram kartof istehsal edir. İstehsal olunan məhsulun heç də hamısı istehlaka yönəlmir. Elə bu səbəbdən də 2013-cü ildə adambaşına kartof istehlakı normanın 51 faizi qədər, yəni 64,2 kiloqram olmuşdu. Təssüflər olsun ki, Ermənistan 2013-cü ildə bizdən 2 dəfə çox, yəni adambaşına 209 kiloqram kartof istehsal edib", - deyə V. Məhərrəmov qeyd edib. Ekspert kartofçuluğun inkişafı üçün ölkəmizin zəngin iqlim və torpaq imkanlarının olduğunu deyib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31