“Azərbaycanın süd istehsalı təlabatın 53%-ni təmin edir” – Vahid Məhərrəmov
1 İyul 2015 12:26 İqtisadiyyat"Azərbaycanın süd istehsalı təlabatın 53 faizini təmin edir". Bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib. V. Məhərrəmovun sözlərinə görə, MDB ölkələri arasında yeganə ölkə olaraq Belarusiya süd və süd məhsullarına olan ehtiyacını tam ödəməklə yanaşı təxminən bir o qədər də məhsul ixrac edir: "MDB ölkələri sırasında adambaşına 703 kiloqram süd istehsal edərək Belarusiya birinci yerdə, Qazaxıstan 287 kiloqramla ikinci, Ukrayna 253 kiloqramla üçüncü yerdədir. Azərbaycan adambaşına süd istehsalına görə Tacikistan və Moldovadan irəlidə olsa da digər MDB ölkələrindən geridə qalır". Ekspert qeyd edib ki, bu göstərici Azərbaycan üzrə 193 kiloqramdır. "İstehsal olunan süd və süd məhsulları ölkə əhalisinin təlabatının yalnız 53 faizini təmin edir", - deyə Vahid Məhərrəmov qeyd edib. ("OLAYLAR" İA)