“Dollar bahalaşacaq, neft ucuzlaşacaq” – Ekspert
30 İyun 2015 14:07 İqtisadiyyat"Yunanıstan avrozonadan çıxsa dollar bahalaşacaq, neftin qiyməti düşəcək". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib. "Bu gün bütün dünya üçün əhəmiyyətli olan iki hadisə baş verəcək. 1. Yunanıstan gecə saat 12-yə qədər Beynəlxalq Valyuta Fonduna 1.6 milyard avro borcunu ödəməsə, ölkə texniki defoltla qarşılaşacaq. 2. İranla Qərb dövlətləri arasında danışıqlar yekunlaşır. Tərəflər arasında tarixi sənəd imzalan, İran üzərindən saksiyalar götürülə bilər. Bu anlaşmanın olmamağını iki ölkə - Rusiya və İsrail çox istəyir. Amma Rusiyanın həmlələri dəf olundu. Kremlin "Biz İrana silah satacağıq, neftini alıb mal verəcəyik" şantajı işləmədi. İsrail isə Küveytdə şiə məscidini partlatmağı təşkil etməklə son həmləsini etdi, bu da boş çıxdı. Obama İran rəhbərliyinə mektub yazıb, son məsələlər də dəqiqləşdirilib. Çox güman, saziş olacaq", - deyə N. Cəfərli qeyd edib. Ekspert baş verənlərin Azərbaycana da təsirsiz ötüşməyəcəyini bildirib: "Yunanıstan avrozonadan çıxsa dollar bahalaşacaq, deməli neft ucuzlaşacaq. İran sanksiyalar götürüldükdən sorna aqressiv formada neft bazarına girəcək, bu da qiymətləri aşağı çəkəcək". ("OLAYLAR İA")