“Fermerlər hazır məhsulu bazara çıxarmaqda çətinliklərlə qarşılaşır” – Vahid Məhərrəmov

"Azərbaycanda kənd təsərrüfatı məhsulu istehsalını genişləndirmək, məhsuldarlığı artırmaq, keyfiyyətli toxuma, texnikaya, su təcizatına, üzvü və mineral gübrələrə olan ehtiyacları ödəmək, rəqabətqabiliyyətli məhsul istehsal etmək üçün kapital qoyuluşuna ciddi ehtiyac yaranıb". Bu barədə kənd təsərrüfatı üzrəekspert Vahid Məhərrəmov məlumat verib. "Nəzərə almaq lazımdır ki, bizim kəndlilər və fermerlər uzun müddətdir ki, maliyyə cəhətdən çətinliklərlə üzləşirlər. Əldə olunan gəlir bu sahənin inkişaf etdirmək üçün yetərili olmur. Fermerlərin banklardan kredit əldə etmə cəhdləri isə bank tərəfindən irəli sürülən tələblərə görə boşa çıxır. Belə ki, veriləcək maliyyə resurslarını sğortalamaq üçün banklar verilən kreditin əvəzində Bakı şəhərində daşınmaz əmlakın girov qoyulmasını və yaxud digər likvid əmlakın olmasını şərt kimi irəli sürür. Əksər fermerlərin, kəndlilərin belə imkanı olmadığı halda kredit şərtləri ağır olduğu üçün kredit ala bilmir. Belə halda əkinlə məşqul olan kəndlilər maliyyə çatışmamazlığı səbəbindən keyfiyyətli toxum, müasir texnika, texnoloji avadanlıqlar, normaya uyğun gübrə və digər istehsal vasitələrinin əldə olunmasında çətinlik çəkirlər. Elə bu kimi səbəblərdən də aqrotexniki qaydalara əməl edə bilməyən fermerlərin əldə etdikləri məhsul az olmaqla yanaşı keyfiyəti də aşağ olur", - deyə V. Məhərrəmov qeyd edib. Ekspertin sözlərinə görə, bu gün əksər fermerlər üçün kredit resursları əl çatan deyil, fermerlər keyfiyyətsiz taxıl dənindən, kartof yumrularından toxum materialı kimi istifadə edirlər, fermerlər istehsal etdikləri hazır məhsulu bazara çıxarmaqda çətinliklərlə qarşılaşır. Vahid Məhərrəmov Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyatı qurumları problemi diqqətə saxlamağa çağırıb. ("OLAYLAR" İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31