"Qazprom" Azərbaycanın qaz idxalında tələbatına cavab verməyə hazırdır
19 İyun 2015 18:40 İqtisadiyyat"Qazprom" şirkəti Azərbaycanın lazım olan həcmdə qaz idxalında tələbatını ödəməyə hazırdır. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev ilə işgüzar görüşü zamanı "Qazprom" ASC-nin rəhbəri Aleksey Miller deyib. Görüş iştirakçıları energetika sahəsində qarşılıqlı əlaqələrin gələcək inkişafı məsələlərini müzakirə ediblər. A.Miller deyib: "Azərbaycan iqtisadiyyatının və daxili qaz tələbatının artımı ilə əlaqədar olaraq, "Qazprom" ölkənin lazım olan həcmdə qaz idxalında tələbatını ödəməyə hazırdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31