Azərbaycan neftində cüzi artım
18 İyun 2015 13:33 İqtisadiyyatNeftin dünya bazarlarında qiyməti ötən gün qismən dəyişib. London əmtəə birjasında keçirilmiş hərraclarda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barreli 63.98 dollara satılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən xəbər verilib. Bildirilib ki, bu, keçən günlərdə qeydə alınmış qiymətdən 0.09 dollar çoxdur. Xatırladaq ki, ötən gün Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.04 dollar (0.07%) bahalaşaraq 60.01 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.01 dollar (0.02%) ucuzlaşaraq 63.69 dollar olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31