Azərbaycanda avro bahalaşıb

Bu gün iyunun 10-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi artıb. "APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 11-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% azalaraq 1,0477 manat olub. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0021 manat və ya 0,18% bahalaşaraq 1,1841 manat olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31