“Valyuta ehtiyatlarının artması ciddi dollar alışı ilə bağlıdır” – Natiq Cəfərli
4 İyun 2015 14:52 İqtisadiyyat"Mərkəzi Bankın ehtiyatlarının 43 milyon dollar artması onun nəticəsi idi ki, yanvar-aprel ayları arası ölkədə ciddi dollar alışı baş verdi". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə iqtisadçı-eskpert Natiq Cəfərli çıxış edib. N. Cəfərli bildirib ki, may ayında belə bir vəziyyətin yaranması əldə olan likvid manatın azlığı ilə bağlıdır: "Mərkəzi Bank da burada öz işini görmüşdü. Mərkəzi Bank dövriyədə olan manatı kəskin şəkildə azaltmağa doğru addımlar artdı. Bunun da nəticəsi olaraq çox cüzi dəyişiklik oldu. Əslində bunun səbəblərindən biri də digər aylara nisbətdə may ayında neftin qiymətinin 65 dollarda sabit olaraq qalmasıdır. Bu da digər aylara nisbətdə neftin qiymətinin 10-15% artıq olmasıdır. İndi isə bu trendin davamlı olmasını gözləmək lazımdır. Əgər iyun-avqust ayları da bu trend davamlı olarsa, Mərkəzi Bankın ehtiyatlarında cüzi də olsa artım müşahidə olunarsa və ya azalma müşahidə olunmarsa onda manatın məzənnəsində müəyyən sabitliyin yarandığını demək olar.Amma manatın 1 dollar olacağı ilə bağlı bəzi ekspertlərin proqnozları tamami ilə yersizdir. İndiki konnekturda bu yersiz görünür. İndi neftin yayda orta qiymətinin necə olmasını gözləmək lazımdır. İyun ayında bir neçə fundamental məsələlər baş verəcək. Bu da öz növbəsində neftin qiymətinə birbaşa təsir göstərəcək. İranın bazara daxil olması qərarı reallaşarsa, bunun özü neftin qiymətinə çox ciddi təsir edə bilər. Yay aylarında neftin qiymətinin enişə doğru gedəcəyini nəzərə alaraq mütləq nəticələri gözləmək lazımdır. Düşünürəm ki, manatla bağlı nikbin proqnozlar vermək çox çətindir. Çünki, bütün proseslər neftin qiymətindən asılıdır. Neftin qiymətinin də taleyi yaxın gələcək üçün aydınlaşmayıb. Ciddi təhlilçilərin neftin qiymətinin enişə dorğu gedəcəyi ilə bağlı proqnozları var". ("OLAYLAR" İA)