Polşalı nazir: "Avropa enerji resurslarının tədarükü məsələsində Azərbaycanı dəstəkləməlidir"

Azərbaycan Avropa, xüsusilə Polşa da daxil olmaqla Cənub-Şərqi Avropa üçün əhəmiyyətli enerji tərəfdaşıdır. Trend-in məlumatına əsasən, bunu Bakıda keçirilən 22-ci Beynəlxalq Caspian Oil & Gas-2015 konfransında Polşanın Baş nazirinin müavini, İqtisadiyyat naziri Yanuş Pexoçinski deyib. Onun sözlərinə görə, Azərbaycan yeni qaz xətlərinə özünün resurslarını investisiya edən etibarlı tərəfdaşdır: "Bu səbəbdən ölkənin öz xidmətlərində əlavə anlayış və dəstəyə ehtiyacı var. Azərbaycan tərəfdən dünyamız üçün yetkin təklif - Cənub-Şərqi Avropa üçün enerji resurslarının yeni tədarükünü görürük". Nazir qeyd edib ki, Xəzər regionu Avropa, xüsusilə Polşa üçün cəlbedici regiondur: "Mən Azərbaycana uğurlar arzulayıram, ölkənin uğurları eyni zamanda Polşa və Aİ-nin uğurları olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31