Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artmağa başlayıb
3 İyun 2015 15:44 İqtisadiyyat2015-ci ilin mayında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları aprellə müqayisədə 42,9 milyon dollar artmaqla (0,51 faiz) 8,43 milyard dollara çatıb. Trend-in məlumatına görə, bu barədə AMB-nin statistik hesabatında deyilir. Cari ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 5,33 milyard dollar (38,7 faiz) azalıb. Bu, AMB-nin valyuta ehtiyatları həcminin ötən ilin iyul ayından etibarən ilk artımıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31