Azərbaycanda dolların məzənnəsi açıqlandı
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub
1 İyun 2015 11:08 İqtisadiyyatAzərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, dolların məzənnəsində dəyişiklik qeydə alınmayıb. 1 ABŞ dolları hazırda 1,0494 AZN-ə bərabərdir.Avronun məzənnəsində isə ucuzlaşma qeydə alınıb. Avropanın vahid valyutası 1,1498-dən 1,1493 manata qədər azalıb.Rusiya rublunun kursunda isə bahalaşma müşahidə edilib. 1 rublun dəyəri 0,0199-dan 0,0201 manata qədər yüksəlib.Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.