Azərbaycan neftinin qiymətində kəskin bahalaşma

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti bahalaşıb.ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, "Azeri LT CIF" markalı neftin qiyməti 2,69 dollar yüksəlib.Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 65,30 dollardır. Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində də bahalaşma qeydə alınıb.Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2.62 dollar (4.54%) artaraq 60.30 dollar təşkil edib.ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 2.98 dollar (4.76%) bahalaşaraq 65.56 dollar olub.Qeyd edək ki, "LUKoyl" şirkətinin rəhbəri Vahid Ələkbərovun fikrincə, ortamüddətli perspektivdə neftin barelinin qiyməti 75 dollardan çox olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31