Dollar ucuzlaşdı, avro bahalaşdı
Bayramda sonra Azərbaycanda xarici valyutaların məzənnəsində yenidən dəyişiklik olub
29 May 2015 11:12 İqtisadiyyatAzərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, dolların məzənnəsində ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0498-dən 1,0494 AZN-ə qədər azalıb.Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası bahalaşaraq 1.1423-dən 1,1498 manata çatıb.Rusiya rublunun kursunda da ucuzlaşma müşahidə edilib. 1 rublun dəyəri 0.0206-dan 0.0199 manata qədər azalıb.Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.