“3 günə neft kəskin ucuzlaşa bilər”

Natiq Cəfərli: “Bu, qiyməti 55 dollardan aşağı salacaq”

İqtisadçı-ekspert Natiq Cəfərli dünya bazarında neftin ucuzlaşmasına münasibət bildirib. "Mayın 26-da neft 3,5% ucuzlaşdı. Hələlik bu dolların bahalaşmasının nəticəsidir. Amma bu həftə neftin qiynətini aşağı çəkəcək hadisələr olacaq: 1.Mayın 27-də ABŞ-da həftəlik strateji ehtiyatların həcmi açıqlanacaq, artım gözlənilir; 2. Misirdə Liviyadan olan 350 qebilə başçıları görüşəcək, uzlaşma olsa Liviyada hasilat gündəlik 250 min bareldən, 1 milyon barelə qalxacaq; 3. Mayın 28-də Yəmən danışıqları başlayır, uzlaşma ehtimalı böyükdür; 4. Mayın 29-da ABŞ-da işlək buruqların həftəlik statistikası gözlənilir, son 5 ayda ilk dəfə buruqların sayı arta bilər. Cəmi 3-4 gündə bu hadisələr neftin qiymətini 60 dollardan aşağı çəkə bilər. İyunda da "Altılıq"la İran arasında anlaşmanın əldə olunması gözlənilir, bu da qiyməti 55 dollardan aşağı salacaq" - deyə N. Cəfərli vurğulayıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31