Mərkəzi Bankda vacib iclas

Azərbaycanda əməliyyat riskinin idarə edilməsi mədəniyyətinin gücləndirilməsi potensialı təhlil edilib

Mərkəzi Bankı (AMB) və "Deloitte" şirkətinin birgə təşkilatçılığı ilə 21-22 may 2015-ci il tarixlərində Əməliyyat riskinin idarə edilməsi mövzusunda seminar keçirilib. AMB-dən ANS PRESSS-ə verilən məlumata görə, seminarın keçirilməsində məqsəd bank ictimaiyyətininin əməliyyat riskinin idarə edilməsi ilə bağlı beynəlxalq təcrübə və alətlər barədə məlumatlandırılması, praktiki məsələlər üzrə təcrübə mübadiləsinin aparılması, habelə yaranan sualların müzakirəsi olub. Seminarda əməliyyat risklərinin ölçülməsi, daxili və xarici itki hadisələrini şərtləndirən səbəblərin müəyyən edilməsi, hesabatlıq və digər məsələlər əhatə edilib. Bundan əlavə, Azərbaycanda əməliyyat riskinin idarə edilməsi mədəniyyətinin gücləndirilməsi potensialı təhlil edilib, atılmalı növbəti addımlar barədə məlumat verilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31