Türkiyə neft və qaz kəşfiyyatı üzrə Azərbaycanla danışıqlar aparır

Türkiyə neft və qaz kəşfiyyatı sahəsində Azərbaycanla danışıqlara başlayıb. Bu barədə Trend-ə cümə axşamı Türkiyə neft-qaz korporasiyasından (TPAO) məlumat verilib. Korporasiyadan bildirilib ki, tərəflər arasında bu məsələ ilə bağlı danışıqların ilk mərhələsi başa çatıb: "Danışıqlar başa çatmadığına görə, neft və qaz kəşfiyyatı üzrə işlərin harada aparılacağı ilə bağlı məlumat vermək hələ tezdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31