Çexiyanın XİN müavini SAM-da olub

Çexiyanın xarici işlər nazirinin birinci müavini Petr Drulak Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin qonağı olub. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, Petr Drulak və Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka SAM-ın direktoru Fərhad Məmmədov və xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Kamal Əliyevlə görüşüb. Görüş zamanı Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Avropa İttifaqının münaqişəyə dair mövqeyi, həmçinin qlobal çağırışlara uyğun strategiyanın seçilməsi məsələlərinə toxunulmuş, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31