Türkiyə TANAP-ın inşası üçün borular idxal edəcək

Türkiyənin Eskişehir vilayətindən keçən Transanadolu qaz xəttinin (TANAP) inşası üçün boruları Türkiyə Çindən idxal edəcək. Bu barədə Trend-ə TANAP-ın quru hissəsinin inşası üzrə podratçı şirkətlərdən biri olan "Fernas Insaat A.S" şirkətindən deyilib. Şirkətdə qeyd ediblər ki, hazırda TANAP-ın inşası üçün Eskişehir vilayətində hər şey hazırdır. Həmçinin məlumat verilib ki, idxal olunan bütün borular Türkiyənin Standartlaşdırma İnstitutu tərəfindən yoxlanılacaq. Şirkətdən bildirilib ki, Eskişehirdə TANAP-ın inşası cari ilin yayında başlayacaq. Eskişehirdə TANAP-ın tikintisində iştirak edən digər şirkət "TEKFEN Insaat ve Tesisat A.S"-dən də bildirilib ki, boru xəttinin inşası üçün hər şey hazırdır və şirkət yaxın zamanda işə başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31