Qazaxıstan Mərkəzi Bankı: Region ölkələri arasında Azərbaycan və Qazaxıstan böhrana daha çox hazırdır

"Azərbaycan və Qazaxıstan buna ehtiyyat fondlarının yaradılması hesabına nail olub"

Region ölkələri arasında Azərbaycan və Qazaxıstan böhrana daha çox hazırdır. "APA-Economics" "Kazinform" agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Milli Bankının İdarə Heyətinin sədri Kayrat Kelimbetov deyib. Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan ehtiyyat fondlarının yaradılması hesabına böhrana hazırlıqlı olub. "Bu günə olan məlumata görə, Milli Bankın və Milli Fondun qızıl ehtiyatları 100 milyard ABŞ dolları təşkil edir. Bizim hesablarımıza görə, neftin bir barelinin qiyməti 55 dollardan yüksək olduğu təqdirdə, Milli Fondun ehtiyatlarından istifadə etməyəcəyik. Bu qiymətin mövcudluğu şəraitində kapital axını pozitiv  olaraq qalacaq", - deyə o vurğulayıb. Bundan başqa, sədr əlavə edib ki, ilin sonuncu rübündən başlayaraq Rusiya iqtisadiyyatında bərpa prosesi başlayacaq. Bunun nəticəsində gələn il regionda iqtisadi artım bütövlükdə yüksələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31