Mərkəzi Bankda dəyişiklik

Parlamentin iclasının gündəliyinə 6 qanun layihəsi təklif olunub

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.ANS PRESS-in məlumatına görə, Parlamentin iclasının gündəliyinə 6 qanun layihəsi təklif olunub:

1. "Reklam haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə. (Üçüncü oxunuş)

2. "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

4. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi haqqında.(İkinci oxunuş)

5. "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.(İkinci oxunuş)

6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31