Dollardan növbəti ucuzlaşma
15 May 2015 10:55 İqtisadiyyatAzərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, dolların məzənnəsində ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0474-dən 1.0472 AZN-ə qədər azalıb.Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1912-dən 1.1946-ya qədər bahalaşıb.Rusiya rublunun kursunda da ucuzlaşma müşahidə edilib. 1 rublun dəyəri 0.0211-dən 0.0209 manata qədər azalıb.Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31