Manat siyasəti dəyişir VIDEO
Mərkəzi Bank bu istiqamətdə ilk addımlarını atmağa başlayıb
14 May 2015 18:13 İqtisadiyyatMərkəzi Bank pul siyasəti strategiyasını təkmilləşdirmək niyyətindədir. ANS TV-nin məlumatına görə, bu barədə Mərkəzi Bankın Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov açıqlama verib. O bildirib ki, Mərkəzi Bank öz siyasətində tədricən inflyasiyanın hədəflənməsi rejiminə keçməyi planlaşdırır. Artıq bu istiqamətdə ilk addımlar atılıb. Azər Ələsgərov həmçinin deyir ki, daha çevik məzənnə rejiminə keçid nəzərdə tutulur. Bundan əlavə mailyə bazarlarının dərinləşdirilməsi də nəzərdə tutulur. Cari illə müqayisədə dolların səbət rejiminə keçməsi üzən məzənnəyə keçidin əsası kimi qiymətləndirilə bilər. Daha ətraflı "Hesab Vaxtı"nın 21:25 buraxlışında izləyə bilərsiniz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31