“Qara qızıl”ın qiyməti düşdü

Ötən gün kəskin şəkildə qalxan neftin qiyməti tədricən düşməyə başlayıb

Neftin dünya bazarlarında qiyməti qismən düşüb.ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində cüzi ucuzlaşma qeydə alınıb.Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.31 dollar (0.51%) azalaraq 60.19 dollar təşkil edib.ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.24 dollar (0.36%) ucuzlaşaraq 66.57 dollar olub.Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31