BTQ-ya maneə aradan qalxdı
"Gürcüstan -Türkiyə sərhəddində 4,5 km-lik tunel açılıb"
12 May 2015 12:59 İqtisadiyyat"Artıq Gürcüstan -Türkiyə sərhəddində uzunluğu 4,5 km olan tunelin açılış mərasimi baş tutub". ANS PRESS-in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. O bildirib ki, bu tunel yeganə sədd idi ki, sərhəddə Bakı-Tiflis-Qars dəmir yolu xətti maneə törədirdi. Nazir müavini qeyd edib ki, hazırda həmin ərazidə dəmir yollarının qurulması istiqamətində işlər davam etdirilir. O əlavə edib ki, bu ilion sonuna kimi BTQ layihəsi tam yekunlaşacaq: "Azərbaycan tranzit nəqliyyat üçün əlverişli coğrafiyaya malikdir. Ölkəmizdə həyata keçirilən layihələr təkcə Azərbaycan deyil, beynəlxalq miqyasda öz töhvələrini verir. Hazırda yekunlaşmaqda olan nəqliyyat layihələrindən biri Bakı-Tiflis-Qars dəmir yolu xəttidir. Ötən ilin sonunda ilk istismar qatarı buraxlıb. Bu il isə layihənin tam yekunlaşdırılması nəzərdə tutulub".