Mərkəzi Bankın ehtiyatları azaldı

Valyuta ehtiyatları son 4 aya 5 milyard 370 milyon dollar azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları azalıb. ANS PRESS-in AMB-yə istinadla verdiyi məlumata görə, baş bankın ehtiyatları 1 milyard 84 milyon dollar azalıb. 31 mart tarixinə 9 milyard 472 milyon dollar valyuta ehtiyatları 30 aprel tarixinə azalaraq 8 milyard 387 milyon təşkil edib.

Qeyd edək ki, Mərkəzi bankın hazırki valyuta ehtiyatları 31.12.2014 tarixindən bu yana, yəni son 4 aya 5 milyard 370 milyon dollar azalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31