“Kənar qüvvələr Rusiya - Azərbaycan əlaqələrini poza bilməzlər” – Yevgeni Qromıko
5 May 2015 17:48 İqtisadiyyat"Rusiya-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir". "Olaylar"ın məlumatına görə, Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının üzvü Yevgeni Qromıko belə deyib. Deputat iki arasındakı əlaqələrin uzun illər əvvəl başladığını bildirib. Y.Qromıko yaxın keçmişdə dağılan Sovet İttifaqı daxilindı Rusiya və Azərbaycanın 71 illik birgə tarixinin olduğunu da diqqətə çatdırıb: "İndi kənar qüvvələr Rusiya və Azərbaycan arasındakı bu əlaqələri poza bilməzlər. Biz İkinci Dünya Müharibəsində düşmənin ağır konslagerlərində acılar çəkmişik, düşmən üzərində birgə qələbə qazanmışıq. İndi də əlaqələrimizi sülh şəraitində inkişaf etdirməyə çalışırıq. Bu gün Rusiya və Azərbaycan arasında iqtisadi əlaqələr yüksək inkişaf etmiş vəziyyətdədir. Bu əlaqələr, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir" - deyə Yevgeni Qromıko qeyd edib. ("OLAYLAR" İA)