Bu ilin 4 ayında Ceyhan limanından 5 milyon tondan artıq xam neft ixrac olunub
4 May 2015 15:53 İqtisadiyyatAzərbaycan Respublikası Dövlət Neft Şirkəti 2015-ci ilin aprel ayında Novorossiysk limanından 84 min 701 ton, Supsa limanından 254 min 164 ton, Ceyhan limanından 1 milyon 370 min 882 ton xam neft ixrac edib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, ümümilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından 508 min 486 ton, Supsa limanından 1 milyon 16 min 454 ton, Ceyhan limanından isə 5 milyon 925 min 281 ton xam neft ixrac olunub. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31