AİB prezidenti: “Son 15 ildə Azərbaycanın adam başına düşən real gəliri 4 dəfə artıb, yoxsulluq kəskin şəkildə azalıb”

Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan 15 ildir ki, inkişaf tərəfdaşıdır. "APA-Economics"in xəbərinə görə, bunu AİB prezidenti Takehiko Nakao bankın Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı zamanı "Asiya və Sakit okeanı ölkələrində davamlı inkişafın miqyasının genişləndirilməsi: daha yaxşı, güclü, və çevik Asiya İnkişaf Bankı" mövzusunda keçirilən seminarda deyib. "Bu 15 ildə Azərbaycanın adam başına düşən real gəliri 4 dəfə artıb və yoxsulluq kəskin şəkildə azalıb. Bu, ölkənin davamlı inkişafa töhfəsinin aydın təzahürüdür", - deyə T. Nakao qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31