Rövnəq Abdullayev Yaponiya İxrac Kredit Təşkilatının nümayəndə heyəti ilə görüşüb

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Yaponiya İxrac Kredit Təşkilatının rəhbəri Vatanabe Hiroşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Rövnəq Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılmış nailiyyətlərdən söz açıb, bu layihələrdə fəal iştirak edən SOCAR-ın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. SOCAR prezidenti həyata keçirilən layihələr sırasında "Cənub Qaz Dəhlizi"nin əhəmiyyətini önə çəkib, Azərbaycan qazının Avropa ölkələrinə nəqli məqsədini daşıyan TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığını vurğulayıb. Yaponiya İxrac Kredit Təşkilatının rəhbəri Vatanabe Hiroşi səfərdə məqsədlərinin Azərbaycanda investisiya mühitinin öyrənilməsi və əlaqələrin qurulması üçün imkanların araşdırılması olduğunu nəzərə çatdırıb. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.                              

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31