SOCAR "Total"ın Türkiyədəki YDM şəbəkəsini almaq istəməsi barədə məlumatlara aydınlıq gətirib
29 Aprel 2015 16:17 İqtisadiyyatAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan "SOCAR-Turkey"in rəhbəri Kənan Yavuz SOCAR tərəfindən "Total" şirkətinin Türkiyədəki yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini almaq istəməsi barədə məlumatlara aydınlıq gətirib. "APA-Economics"in xəbərinə görə, K. Yavuz "BloombergHT" agentliyinə açıqlamasında yayılan məlumatı təkzib edib. O bildirib ki, SOCAR Türkiyə YDM bazarını tərk etmək istəyən "Total"ın YDM şəbəkəsini almaq niyyətində deyil və bununla bağlı tərəflər arasında heç bir danışıqlar aparılmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31