Əli Abbasov: Bakının ictimai yerlərində internetdən pulsuz istifadə etmək mümkün olacaq
29 Aprel 2015 16:14 İqtisadiyyatBakının ictimai yerlərində "Wi-Fi"ya simsiz giriş nöqtələri işə salınacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. Nazirin sözlərinə əsasən, parklar, I Avropa Oyunlarının (Olimpiya şəhərciyi) keçirildiyi yerlər, tədbirlərin keçirildiyi məkanlara yaxın ərazilər internetə simsiz girişlə əhatə olunacaq. Ə.Abbasov qeyd edib ki, "Wi-Fi"ya giriş nöqtələrinin böyük əksəriyyəti, əsasən, mobil rabitə operatorları və provayderlər tərəfindən işə salınıb: "Biz onlara təklif edirik ki, onlar bu xidmətləri iki ay ərzində pulsuz göstərsinlər, sonra bu fəaliyyəti kommersiya əsasında həyata keçirə bilərlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31