“Neft bazarındakı bahalaşma spekulyativ ajiotajdır” – Ekspert

İqtisadçı-eskpert Natiq Cəfərli neftin bahalaşması barədə danışıb. "Olaylar"a açıqlamasında N.Cəfərli bahalaşmanın tendensiya formasını almayacağını və yaxın gələcəkdə yenidən ucuzlaşmanın başlayacağını bildirib. Ekspertin sözlərinə görə, ABŞ və OPEK ölkələri, həmçinin  Qazaxıstan, İraq, Liviya, Meksika və Venesuelanın hasilatı artırmaları qiymətləri aşağı salacaq. Natiq Cəfərli indiki halda bazarda qiymətlərinin qalxmasının spekulyativ ajiotaj olduğunu ehtimal edir: "Yaxın aylarda neft bazarına qiymətləri aşağı çəkməsinə təsir edəcək amillər bunlardır: İranın bazara girmək ehtimallarının yüksək olması, Səudiyyə və Rusiyanın bazarlarını itirməmək və qiymət enməsindən itkiləri azaltmaq ümün hasilatı artırmaq siyasəti, İraqın hasilatı artırması, Liviyanın hasilatı 300 min bareldən 1 milyon barelə qədər artırmaq üçün işlərin tamamlanması, ABŞ Mərkəzi Bankının faiz artırmaq ehtimalının yüksək olması, Çin iqtisadiyyatının yavaşlaması, ABŞ-da və Avropada nefti saxlamaq üçün ehtiyat həcmlərin dolması". Natiq Cəfərli hesab edir ki, bahalaşmanı təmin edəcək əsas amillər ABŞ-da hasilatın kəskin azalması, ya da, böyük regional müharibələr ola bilər. Eskspert hələ uzun illər neftin qiymətinin 40-70 dollar arasında dəyişəcəyini ehtimal edir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31