Milli Bank pul çatışmazlığını necə aradan qaldıracaq?
24 Aprel 2015 15:11 İqtisadiyyatGələcəkdə Milli Bankın fəaliyyəti nəticəsində ölkədə pul çatışmazlığı problemi yaranarsa, onun qiymətli kağızlar vasitəsi ilə aradan qaldırılması gözlənilir. Bununla bağlı "Mərkəzi Bank haqqında" mövcud qanuna da bəzi əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. Bu haqda parlamentin İqtisadi siyasət komitəsinin apelin 24-də keçirilən iclasında məlumat verilib. Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev qanuna edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər barədə məlumat verərək ilk öncə onun Prezident Administrasiyası (PA) ilə razılaşdırıldığını bildirib. Sonra əlavə edib ki, bu dəyişikliklər zərurəti pul çatışmazlığı probleminin aradan qaldırılması ilə bağlıdır: "Bildiyiniz kimi, pul çatışmazlığı problemi əsasən məzənnə dəyişikliyi zamanı yaranır. Məzənnə dəyişməsi prosesi də çox dəyişkən bir prosesdir. Ona görə də gələcəkdə pul catışmazlığı probleminin yaranmaması üçün məsələnin qiymətli kağızlar vasitəsi ilə önlənməsi nəzərdə tutulur". O, deyib ki, mövcud qanunun 12.2-ci maddəsinin belə bir redaksiyada- "Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür" redaksiyasında verilməsi təklif olunur. Həmçinin, qanuna edilən 13.2-ci əlavədə təklif olunur ki, "Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiynmətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtyatları hesabına təmin olunur".Bununla yanaşı, qanunun 14.2-ci maddəsində nəzərdə tutulur ki, "Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir".Komitənin üzvü Vahid Əhmədov təkliflərin bir qədər risqli olduğunu bildirib: "Burada da deyildiyim kimi, pul çatışmazlığının aradan qaldırılması üçün problemin qiymətli kağızlar vasitəsi ilə həlli nəzərdə tuliur. Ancaq o da var ki, bu gün Azərbaycanda qiymətli kağızlar bazarı o qəfər geniş inkişaf etməyib. Bu, baxımdan, qiymətli kağızlar məsələsi gələcəkdə Mərkəzi Bank üçün risq yaratmaz ki?". A.. Quliyev cavabında belə bir risqin yaranmayacağını deyib. Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı da bu fikirdədir ki, qiymətli kağızlar Mərkəzi Bank üçün risq yaratmır. O, həmçinin sözlərinə əlavə edib ki, qiymətli kağızlarla bağlı məsələdə dövlət də öz üzərinə müəyyən öhdəliklər götürür və bu öhdəliklər də öz növbəsində Mərkəzi Bankı hər hansı risqdən uzaq tutur. Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.