MB : "Banklara "açıq pəncərə" qoymuşuq ki, manatla kredit vermək üçün ehtiyaclarını ödəyə bilsinlər"

Mərkəzi Bank olaraq özəl banklara "açıq pəncərə" qoymuşuq ki, manata olan tələbatlarını, xüsusilə, manatla kredit vermək üçün manata olan ehtiyaclarını ödəyə bilsinlər. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev son zamanlar kommersiya banklarının müştərilərə ancaq dollarla krediti təklif etməsi məsələsinə aydınlıq gətirərkən bildirib. Onun sözlərinə görə, bankların əsas resursları bu gün dollarla ifadə olunduğu üçün onlar da dollarla kredir verməyə üstünlük verirlər. O, qeyd edib ki, həmçinin, 21 fevral manatın devalvasiyasından sonra banklar manatla kredirt verməyə bir qədər ehtiyat edirlər:"Onlar belə demək mümkünsə, risqlərini normallaşdırmaq üçün bu addıma gedirlər. Onu da deyim ki, heç bir bank müştərini dollarla kredit almağa məcbur edə bilməz. Çünki bank əvvəlcədən müştəriyə təklif edir ki, o, dollarla kredit verir. Yəni, burada hansısa məcburetmədən söhbət gedə bilməz. Bu, müştərinin öz seçimindən asılıdır. Bununla yanaşı, banklar manatla da kredit verə bilərlər və verirlər. Ancaq dediyim ki, onların əsas resursları dollarla ifadə olunduğu üçün dollarla kredit verməyi daha üstün sayırlar. Bu yaxınlarda mətbuatda da belə bir məlumat getmişdi ki, guya Mərkəzi Bank özəl banklara manatla kredit verməyi qadağan edib. Bunlar hamısı yalan məlumatlardır, belə bir qadağadan söhbət gedə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31