Azad Rəhimov: Manatın məzənnəsinin dəyişməsi Avropa Oyunlarının maliyyələşməsinə təsir etməyib

Bu ilin fevralında manatın məzənnəsinin dəyişməsi Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı işlərin maliyyələşdirilməsinə heç cür təsir göstərməyib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib. Nazir vurğulayıb ki, Azərbaycanın büdcəsi Avropa Oyunları çərçivəsində bütün planlaşdırılmış işləri maliyyələşdirməyə imkan verir.

Qeyd edək ki, ilk Avropa Oyunları iyunun 12-dən 28-dək Bakıda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31