“Azərbaycanın xarici ticarətinin valyuta strukturu dollardan ibarətdir” – Ekspert

"2015-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda banklar tərəfindən əhaliyə və təsərrüfat subyektlərinə 4.240 milyard dollar həcmində xarici valyuta satılıb". Bu barədə iqtisadçı-eskpert Rövşən Ağayev məlumat verib. "Satılan valyutanın 94,4%-ni dollarla, 5%-ni avro ilə, 0.6%-ni isə rubl və ingilis funtu ilə satış təşkil edib. Məulumat üçün deyim ki, 2014-cü ilin dekabr ayı istisna olmaqla yerdə qalan aylarında satılan valyuta həcmi 1 milyard dollardan çox olmayıb. Lakin 2015-ci ilin fevralında rekord satış qeydə alınıb - 3.1 milyard dollar. 2015-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda əhali və təsərrüfat subyektləri tərəfindən banklara 797 milyon dollar valyuta satılıb. Göründüyü kimi alınan valyutanın həcmi satılan valyuta kütləsindən təxminən 4 dəfə çox olub. Banklara satılan valyutanın 73.4%-i dollarla, 16%-i rublla, 9.0% avro ilə olub. Satılan valyuta kütləsinin 95%-ə qədərinin dollardan ibarət olması onu göstərir ki, Azərbaycanın xarici ticarətinin valyuta strukturu da əsasən dollardan ibarətdir" - deyə R.Ağayev qeyd edib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31