Neftimiz yenə bahalaşdı
Azərbaycanın yüngül neftinin qiyməti aprelin 17-də 63,25 dollar/barel təşkil edib
17 Aprel 2015 13:56 İqtisadiyyatDünya birjalarında Azərbaycan nefti bahalaşıb. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 17-də 63,25 dollar/barel təşkil edib. ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən Anspress-ə verilən məlumata görə, neftin qiyməti ötən günə nisbətən 1,45 dollar/barel artıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.18 dollar (0.32%) artaraq 56.53 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.18 dollar (0.28%) bahalaşaraq 63.84 dollar olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31