İnformasiya və rabitə xidmətlərindən 380 milyon manat gəlir əldə edilib
16 Aprel 2015 14:08 İqtisadiyyatAzərbaycanda bu ilin birinci rübü ərzində informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin həcmi 9,3 faiz artıb. Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatında ölkədə ilin ilk üç ayı ərzində 379,4 milyon manatlıq informasiya və rabitə xidməti göstərildiyi bildirilib. İnformasiya və rabitə müəssisələrinin göstərdikləri xidmətlərin ümumi həcmində əhalinin payına 72,4 faiz düşüb. Rüb ərzində xidmətlərdən əldə olunmuş gəlirin 54,3 faizi mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 0,5 faiz artaraq 206,2 milyon manat təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31