OPEK nefti bahalaşdırır

Səudiyyə Ərəbistanı Moskva qarşısında yeni şərt irəli sürüb

İran OPEK ölkələrinə neftin ucuzlaşmaması üçün hasilat səviyyəsini əlaqələndirməyi təklif edib. ANS PRESS-in məlumatına görə, OPEK lideri Səudiyyə Ərəbistanı da qiymətin ucuzlaşmasının qarşısını almağa hazırdır. Amma Meksika və Rusiyanın da hasilatı azaltmasını istəyir. Amma analitiklərin fikrincə, neft hasilatının azalması çox şeyi dəyişməyəcək və neftin orta qiyməti 2015-ci ildə barrel üzrə 60 dolları keçməyəcək. Müxtəlif hesablamalara görə, hazırda neft bazarına sutkada 1,5 - 2 milyon barrel artıq neft daxil olur. Amma bununla belə, İran rəhbərliyi OPEK-in nefti sonrakı ucuzlaşmadan qoruya biləcəyini düşünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31