“Azərbaycanda satılan çayın böyük hissəsi idxaldır” – Ekspert

""Azərbaycan çayı" adı altında ölkədə satılan, xaricə çıxarılan çayın böyük bir hissəsi idxaldır". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə iqtisadçı-eskpert Natiq Cəfərli çıxış edib. "Sadəcə burada qablaşdırılır. Gömrük komitəsinin rəsmi saytında bununla bağlı olan məlumatlar belədir: 1) 2013-cü ildə ölkədən çay ixracatı 44,342 mln. , 2014-cü ildə isə 31,245 mln. dollar olub - azalma 13,097 mln dollar, 2) 2014-cü ilin yanvar-fevral ayında çay ixracatı 5,020 mln., 2015-ci ilin eyni dövründə 3,406 mln. dollar olub - azalma 1,6 mln. dollar, 3) 2014-cü ilin tək yanvar ayında çay ixracı 1,677 mln., 2015-ci ilin yanvarında isə 369 min dollar olub - azalma 1,3 mln. dollar təşkil edib" - deyə N.Cəfərli qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31