Devid Bekhem beşinci dəfə ata olacaq

Keçmiş futbolçu Devid Bekhem beşinci dəfə ata olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı futbolçu bu dəfə aktrisa Liv Taylerlə menecer Deyv Qardnerin 2 aylıq oğullarının xaç atası vəzifəsini yerinə yetirəcək. Körpənin xaç suyuna salınma mərasimində gerçəkləşəcək belə bir missiyanın Devidə həvalə edilməsi təsadüfi deyil. Deyv 4 uşaq böyüdən Bekhemin bu iş üçün ən uyğun insan olduğunu düşündüyünü bildirib.

Qeyd edək ki, Devid-Viktoriya Bekhemlərlə Liv Tayler-Deyv Qardner cütlüyü yaxın ailə dostudurlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31