Neft bahalaşır?
Natiq Cəfərli: “İndiki qalxmaların yaxın gələcəkdə tendensiya halını alması gözlənilən deyil”
8 Aprel 2015 15:05 İqtisadiyyatİqtisadçı-ekspert Natiq Cəfərli dünyanın bazarında son vəziyyəti dəyərləndirib. "Olaylar"a açıqlamasında N.Cəfərli neftin qiymətlərinin qalxması tendensiyasının uzunmüddətli olmayacaq. Ekspert qeyd edib ki, neftin yenidən bahalaşması üçün fundamental səbəblər yoxdur: "Əksinə, İranın neft bazarına daxil olmasından sonra ucuzlaşmanın olacağı barədə gözləntilər artıb. Qiymətlərdəki oynaqlıq fyuçers ticarəti ilə məşğul olan şirkətlərin qiymətlərin yenidən enməsindən əvvəl əllərində olan neftin satmalarına görədir. Amerikada həftəlik neft ehtiyalarının həcmi açıqlanacaq. Əgər ehtiyalar 5-6 milyon barel civarında artsa, neftin qiymətlərindən kəskin enmələrin şahidi olacağıq. Hələ ki, neft bazarında təklif tələbi üstələyir. Ona görə də indiki qalxmaların yaxın gələcəkdə tendensiya halını alması gözlənilən deyil". ("OLAYLAR" İA)