Bakıda neft-qaz sənayesinin inkişafına həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

Aprelin 9-10 tarixlərində Bakıda SOCAR-ın dəstəyi, Böyük Britaniyanın "Confidence Capital" şirkəti və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı keçiriləcək. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasilatı, nəqli və satışının mövcud vəziyyəti və perspektivləri haqqında beynəlxalq ekspertlərin, Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçilərinin və mütəxəssislərinin məruzələri dinləniləcək. Konfrans həm də Azərbaycanın neft strategiyasının uğurlarının təbliği və mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılması üçün əlverişli platforma olacaq.                              

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31